...

Azərbaycan və Ermənistan XİN rəhbərləri İlham Əliyev və Serj Sarkisyanın birinci görüşünü müsbət və konstruktiv qiymətləndiriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2008 15:25 (UTC +04:00)
Azərbaycan və Ermənistan XİN rəhbərləri İlham Əliyev və Serj Sarkisyanın birinci görüşünü müsbət və konstruktiv qiymətləndiriblər

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Sankt-Peterbuqrda bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü "müsbət və konstruktiv olub", bu barədə Mediamaks məlumat verib.

"Prezidentlər bir-birinin məsələyə münasibəti ilə tanış olublar və xarici işlər nazirlərinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları davam etdirməyi tapşırıblar", - Ermənistanın xarici işlər naziri bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, prezidentlər vasitəçilərin öz işlərini davam etdirmələrinə dair arzularını ifadə ediblər. "Çox güman ki, ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun sonunda regiona baş çəkəcəklər", - Azərbaycan XİN rəhbəri bildirib.

Ermənistan və Azərbaycanın xarici siyasət idarələri başçıları vuğrulayıblar ki, danışıqlar prosesi Praqa prosesi və Ermənistan və Azərbaycan tərəflərinin şərhləri nəzərə alınmaqla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən ilin sonunda Madriddə irəli sürdükləri təkliflər çərçivəsində davam etdiriləcək.

"Biz mövqeləri yaxınlaşdırmağa və məxrəc nöqtələri tapmağa çalışacağıq", - Məmmədyarov bildirib.

Ermənistan XİN rəhbəri Nalbandyan "söhbətin danışıqları sıfırdan başlamaqdan deyil, tərəflərin mövqelərini necə yaxınlaşdırmaqdan getdiyini" təsdiqləyib.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin tanışlıq xarakterli görüşləri uğurla keçib və bu, o deməkdir ki, "ATƏT-in Minsk Qrupu çərçivəsində vacib işi davam etdirmək olar".

"Bizim vəzifəmiz hər iki tərəfin arzularını nəzərə almaqla, danışıqlar masasındakı təkifləri yaxşılaşdırmaqdan ibarətdir", - Brayza söyləyib.

Xəbər lenti

Xəbər lenti