...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 20-də saat 22.35-dən 22.50-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən, Azərbaycan Respublikasının Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 15.35-dən 16.00-dək və iyunun 21-də saat 01.35-dən 01.40-dək Xocavənd rayonunun Kurapatkino kəndində yerləşən mövqelərdən ara-sıra, saat 23.35-dən 23.45-dək və saat 00.05-dən 00.50-dək Füzili rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03.20-dən 03.30-dək Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.10-dan 04.30-dək Ağdam rayonunun Cəvahirli və Əhmədağalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə sudurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti