...

Qarabağ nizamlanmasında konkret nəticələr yoxdur - Azərbaycan prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2008 22:07 (UTC +04:00)
Qarabağ nizamlanmasında konkret nəticələr yoxdur - Azərbaycan prezidenti

Azərbaycan, Bakı / Trend / Qarabağ nizamlanmasında mövcud müəyyən irəliləyişlərə rəğmən hələlik konkret nəticələr yoxdur. Bunu bazar ertəsi Nazirlər Kabinetinin ötən doqquz ayda ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş genişləndirilmiş iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Biz bəzi ümidverici təklifləri analiz etməyə hazırıq. Azərbaycanın artan imkanları danışıqlardakı mövqeyimizi daha da möhkəmləndirir",- deyə prezident vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü heç kəsdə şübhə oyatmır. Prezident qeyd edib ki, Azərbaycan hələ də danışıqlara ehtiyac duyur.

"Bizim siyasətimiz birmənalı və dəyişməzdir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyə İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycan beynəlxalq arenadakı mövqelərini möhkəmləndirir, bölgədə sabitlik üçün önəmli rol oynayır və regional əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verir.

İlham Əliyev deyib ki, ölkə müharibə şəraitində olduğu üçün ilk növbədə hərbi potensialını gücləndirilməlidir. "Növbəti illərdə büdcə xərclərinin ən böyük hissəsini ordu quruculuğuna və ordunun hərbi qüdrətinin artmasına yönəldəcəyik", - deyə dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti