...

Qarabağ məsələsinin nizamlanması prosesi fəal mərhələyə daxil olub – Ermənistan prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2008 16:08 (UTC +04:00)

Davamlı passiv dövrdən sonra, Qarabağ məsələsinin nizamlanması prosesi fəal mərhələyə daxil olub, - Ermənistan prezidenti Serj Sərkisyan Ermənistanın İctimai Televiziyasına eksklüziv müsahibəsində bildirib.

"Bu, ən azı iki vacib aspektlə şərtlənib: əvvəla, Ermənistanda da, Azərbaycanda da prezident seçkiləri başa çatıb. İkincisi, regionda baş verən məlum hadisələr növbəti dəfə hər kəsi inandırıb ki, münaqişənin hərb yolu ilə həlli mövcud deyil", - bazar ertəsi prezidentin mətbuat xidmətində onun sözlərini "Novosti-Armeniya" agentliyinə sitat gətiriblər.

Ermənistan prezidenti hesab edir ki, fəallıq faydalıdır. Bundan əlavə, ictimai müzakirələr də faydalıdır və " bu fayda ictimai müzakirələrin daha fəal fazasına daxil olacağımıza" əminlik ifadə edir.

Sərkisyanın sözlərinə görə, müzakirələr həmişə faydalı olsa da, onların əsasında yeganə maraq dayanmalıdır - erməni xalqının marağı.

"Spekulyasiya faktlarına göz yummaq və ya onları görməmək üçün biz Qarabağ probleminin nizamlanmasına çox şey həsr etmişik. Biz müqəddəs məsələni həll edirik. Biz tarixi baxımdan vacib vəzifəni həll edirik və kimsə onun həlli zamanı başqa maraq axtarmağa çalışarsa, bu, əxlaqsızlıqdır", - dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti