...

Azərbaycanda ötən ay 730 818 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2009 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda bu ilin mart ayında 730 818 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, bazar ertəsi Trend -a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 10 292 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA tərəfindən indiyədək 81 124 613 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 398 113 olub.

Qeyd edək ki, hazırda ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağcabədi, Ağstafa rayonlarında və Gəncə şəhərinin Kəpəz rayonunda aparılır.

Ötən ay mina/PHS partlayışı qeydə alınmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti