...

Azərbaycanda iyunda 2520274 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2009 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda bu ilin iyununda  2520274 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend -a bazar ertəsi verilən məlumata görə, həmin ərazilərdən 11077  PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 105400,337 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 457,610-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa və Samux rayonlarında aparılır.

Hesabat dövründə 4 mina/PHS hadisəsi qeydə alınıb və nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti