...

ABŞ Senatı Komissiyası öz müstəqilliyini elan edən DQR üçün bu il vəsait ayırmayıb - KİV

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2009 14:07 (UTC +04:00)
ABŞ Senatı Komissiyası öz müstəqilliyini elan edən DQR üçün bu il vəsait ayırmayıb - KİV

ABŞ Senatının təsisatlar üzrə komitəsi 29 lehinə və bir əleyhinə səslə 2010-cu maliyyə ilində xarici yardımın ayrılması barədə qanun layihəsi qəbul edib. Bu barədə Ermənistan KİV-i xəbər verir.

Bill Ermənistan üçün 30 milyon dollar ayrılmasını nəzərdə tutur ki, bu da ötən maliyyə ilindəki göstəricidən 18 milyon dollar azdır. Qanun layihəsi eyni zamanda Azərbaycan üçün 22 milyon dolların ayrılmasını nəzərdə tutur.  

Özünü müstəqil elan edən Dağlıq Qarabağ üçün bu il vəsait ayrılmayıb. Hazırda ABŞ Konqresi xarici yardımın verilməsi barədə qanun layihəsinin müzakirəsini davam etdirir. Qanun layihəsi Nümayəndələr Palatasında və Senatda müzakirə olunacaq, sonra isə imzalanması üçün ABŞ Prezidentinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti