...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Avqust 2009 10:44 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir K.Zərbalıyeva /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 21-də saat 19.40-dan 19.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 23.07-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.00-dan 23.05-dək  Tərtər rayonunun Qızıl oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti