...

Azərbaycan və Türkiyə bütün səylərini birləşdirməlidir ki, protokollar parlamentdə ratifikasiya olunmasın - türkiyəli deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan və Türkiyə bütün səylərini birləşdirməlidir ki, protokollar parlamentdə ratifikasiya olunmasın, Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan deputatı Şenol Bal bildirib.

"Türkiyə və Ermənistan arasında imzalanan protokolların Türkiyə Parlamentində ratifikasiya olunmaması üçün bütün səylər birləşdirilməlidir", - Bal deyib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyəli deputatın sözlərinə görə, heç bir qüvvə Türkiyə və Azərbaycanın qardaş münasibətlərini poza bilməz.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti