...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan üçün bəlkə də ən vacib məsələlərdən biridir – XİN rəhbəri Edvard Nalbandyan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2009 17:33 (UTC +04:00)
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi dəyişməz olaraq qalır – münaqişə sülh yolu ilə həll edilməlidir. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. Məlumatı "Novosti Armeniya" yayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan üçün bəlkə də ən vacib məsələlərdən biridir – XİN rəhbəri Edvard Nalbandyan

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi dəyişməz olaraq qalır - münaqişə sülh yolu ilə həll edilməlidir. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. Məlumatı "Novosti Armeniya" yayıb.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ermənistan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Bizim Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə mövqeyimiz dəyişməz olaraq qalır - biz münaqişənin sülh yolu ilə həllinə alternativ görmürük. Münaqişə danışıqlar yolu ilə nizamlanmalıdır", - Nalbandyan cümə axşamı 2010-cu il üçün dövlət büdcəsi layihəsinin parlamentin xarici münasibətlər, maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyalarında müzakirəsi zamanı bildirib.

Ermənistanın xarici işlər nazirinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizamlanmalıdır.

Həmçinin Nalbandyan qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda əsas məsələ Dağlıq Qarabağın statusu, Dağlıq Qarabağa təhlükəsizlik zəmanətinin verilməsi və Ermənistan ilə quru sərhədlərin təmin edilməsidir.

Nazir həmçinin xatırladıb ki, sabah ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana gələcək.

Xəbər lenti

Xəbər lenti