...

Azərbaycanda ötən ay 3289 mina zərərsizləşdirilib - ANAMA

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2010 10:50 (UTC +04:00)
Ötən ay ərzində Azərbaycanda 2220230 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 3289 mina zərərsizləşdirilib - ANAMA

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay ərzində Azərbaycanda 2220230 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib.

Əməliyyatlar nəticəsində 3289 mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Onlardan 18-i tank əleyhinə minalar olub.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfərdən ibarət yardımçı heyət iştirak edib. Həmçinin, əməliyyatlara 6 mexaniki minatəmizləyici maşın və 30 minaaxtaran it cəlb olunub.

Ümumilikdə, indiyədək agentlik tərəfindən128498893 kvadratmetr ərazi təmizlənib, 607950 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Ağstafa, Gədəbəy, Göygöl rayonlarında və Bakının Qaradağ rayonu ərazisində aparılır.

Mart ayında minapartlama hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti