...

Böyük Britaniyanın koalisiya hökuməti Azərbaycana münasibətdə siyasətini dəyişməyəcək – LINKS rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2010 14:39 (UTC +04:00)
Böyük Britaniyanın yeni hökuməti Azərbaycana münasibətdə siyasətini qoruyub-saxlayacaq. Britaniyanın QHT LINKS rəhbəri Dennis Sammut (Dennis Sammut) belə hesab edir. Bu barədə Türkiyənin "Cihan" agentliyi məlumat verib.
Böyük Britaniyanın koalisiya hökuməti Azərbaycana münasibətdə siyasətini dəyişməyəcək – LINKS rəhbəri

Böyük Britaniyanın yeni hökuməti Azərbaycana münasibətdə siyasətini qoruyub-saxlayacaq. Britaniyanın QHT LINKS rəhbəri Dennis Sammut (Dennis Sammut) belə hesab edir. Bu barədə Türkiyənin "Cihan" agentliyi məlumat verib.

Mayın 11-də son 65 il ərzində Böyük Britaniyada mühafizəkarların lideri Devid Kameronun başçılıq etdiyi koalisiya hökuməti yaradılıb. Buna mayın 6-da keçirilən və heç bir partiyanın İcmalar Palatasında mandatların mütləq əksəriyyətini əldə edə bilmədiyi Parlament seçkiləri gətirib çıxarıb.

London universitetlərinin birində Azərbaycan üzrə məruzə ilə çıxış edən LINKS rəhbəri Sammut bildirib ki, dünyada enerjidaşıyıcılarına tələbatın artması Azərbaycanın qlobal rolunu əhəmiyyətli dərəcədə artırıb.

Onun fikrincə, yaranmış vəziyyət neft və qazla zəngin olan Azərbaycanın xeyrinə olub. Bunu on il bundan əvvəl təsəvvür etmək mümkün deyildi.

Sammut Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın xarici siyasətinin prioriteti adlandırıb. Sammut əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətləri ABŞ və İsraillə əlaqələrin genişləndirilməsi ilə bir səviyyədə möhkəmləndirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti