...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi yenidən pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2010 10:46 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi yenidən pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi yenidən pozub

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 10-da saat 21:30-dan 21:35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

saat 23:20-dən 23:30-dək Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;

saat 18:20-dən 18:40-dək və 19:10-dan 19:40-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;

saat 20:35-dən 20:45-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

saat 23:40-dan 23:55-dək və 23:15-dən 00:10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti