...

Azərbaycan deputatları ilə ABŞ Senatının nümayəndəsi arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2010 13:06 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin (Parlament) Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri ABŞ Senatının Xarici əlaqələr komitəsinin əməkdaşı Marik Strinqlə görüşdə antiterror fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan deputatları ilə ABŞ Senatının nümayəndəsi arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Milli Məclisinin (Parlament) Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri ABŞ Senatının Xarici əlaqələr komitəsinin əməkdaşı Marik Strinqlə görüşdə antiterror fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüş zamanı Parlamentin komitə üzvü Səyavuş Novruzov Azərbaycanla ABŞ arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirərək qeyd edib ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşlarından biridir.

"ABŞ-da baş verən 11 Sentyabr hadisələrindən sonra, Azərbaycan antiterror fəaliyyətinə qoşulan ilk ölkələrdən biridir. İndiyədək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosova, İraq və Əfqanıstanda sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu işə töhfələrini veriblər", - Novruzov bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Səyavuş Novruzov işğal olunmuş ərazilərimizin silah qaçaqmalçılığı, terrorçu qrupların hazırlanması, narkotik maddələrin yetişdirilməsi, eləcə də radioaktiv tullantıların basdırılması üçün poliqona çevrildiyini qonağın diqqətinə çatdırdı.

Marik Strinq Azərbaycanın ABŞ-la strateji müttəfiqlik əlaqələrində nümayiş etdirdiyi qətiyyətə və sadiqliyə görə təşəkkürünü bildirib və komitə üzvlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti