...

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2011 11:29 (UTC +04:00)
Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək (ƏLAVƏ OLUNUB)

Dağlıq Qarabağ münaqişəsi haqqında arayış əlavə olunub (ilk xəbər saat 11:14-də yayılıb)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti