Azərbaycan, Bakı, 3 may /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 3-də saat 05.20-dən 05.55-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.