...

Azərbaycan Parlamentinin vitse-spikeri Ermənistanı qeyri-konstruktiv mövqedə günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2011 14:13 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın Xankəndində aeroportun açılması ilə bağlı bəyanatları, eləcə də Dağlıq Qarabağın heç vaxt Azərbaycana məxsus olmayacağı ilə əlaqədar sərsəm fikirləri Yerevanın münaqişənin nizamlanması məsələsinə qeyri-konstruktiv yanaşdığını nümayiş etdirir.
Azərbaycan Parlamentinin vitse-spikeri Ermənistanı qeyri-konstruktiv mövqedə günahlandırır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Ermənistan Prezidenti Serj Sarkisyanın Xankəndində aeroportun açılması ilə bağlı bəyanatları, eləcə də Dağlıq Qarabağın heç vaxt Azərbaycana məxsus olmayacağı ilə əlaqədar sərsəm fikirləri Yerevanın münaqişənin nizamlanması məsələsinə qeyri-konstruktiv yanaşdığını nümayiş etdirir. Bunu Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova deyib.

"Ermənistanın belə mövqeyi münaqişənin dinc yolla nizamlanması mövqeyi ilə üst-üstə düşmür", - Trend-in məlumatına görə, Muradova şənbə günü jurnalistlərə bildirib.

"Bununla Sarkisyan özünü və öz siyasətini ifşa edir. Azərbaycan xalqı, dövləti və Prezidenti tərəfindən Dağlıq Qarabağ daxil olmaqla, işğal olunmuş torpaqların qaytarılması üçün bütün addımlar atılacaq. Qoy, Sarkisyan buna şübhə etməsin", - vitse-spiker bildiirb.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yerləşən Xankəndi şəhərində mayda aeroport açmağı planlaşdırır. Prezident Sarkisyan deyib ki, Xankəndindən uçacaq təyyarənin ilk sərnişini olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti