...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2011 12:25 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə günü Trend-ə bildirib ki, Azərbaycan Respublikasının Ağdam rayonunun Orta Qərvənd kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodzinas keçiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti