...

Fransanın Minsk qrupundan çıxmasını gözləmək lazımdır - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2012 17:43 (UTC +04:00)
Fransanın ATƏT-in Minsk qrupundan çıxmasını gözləmək lazımdır.
Fransanın Minsk qrupundan çıxmasını gözləmək lazımdır - səfir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Fransanın ATƏT-in Minsk qrupundan çıxmasını gözləmək lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bazar ertəsi jurnalistlərə bildirib.

Səfir deyib ki, Fransanın bu məsələdə etimadsızlığı tamamilə ortalığa çıxdı.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun tərkibində Fransanın qalması məsələsinə baxılacaq.

"Bundan sonra Fransanın Minsk qrupundan çıxmasını gözləmək lazımdır. Təbii ki, artıq Azərbaycanda Fransaya qarşı etibarsızlığı nümayiş etdirən açıq şəkildə bəyanatlar səsləndirildi. Fransanın bundan dərs çıxarmasını gözləyirik", - o deyib.

Səfir Fransa Senatının qəbul etdiyi qanunun ədalətsiz olduğunu bir daha vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti