...

Xocalı soyqırımı haqqında materiallar beynəlxalq məhkəməyə göndərilməsi üçün hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2012 12:09 (UTC +04:00)
Xocalı faciəsi haqqında materiallar beynəlxalq məhkəməyə göndərilməsi üçün artıq hazırlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.
Xocalı soyqırımı haqqında materiallar beynəlxalq məhkəməyə göndərilməsi üçün hazırlanıb

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir M.Əliyev/

Xocalı soyqırımı haqqında materiallar beynəlxalq məhkəməyə göndərilməsi üçün artıq hazırlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə ciddi işlər aparılır. "Müəyyən konkret addımların atılmasının vaxtı var və həmin vaxtda da həmin addımlar atılacaq", - Rzayev deyib.

Faciənin araşdırılması və bu soyqırımın törədilməsində günahı olan şəxslərin müəyyənləşdirilməsi üçün toplanmış sənədlərdə soyqırımın törədilməsində iştirak edən erməni millətindən olan hərbi canilər haqqında və 366-cı alayın rəhbər və zabit heyəti haqqında məlumatlar var.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Xəbər lenti

Xəbər lenti