...

Qırğızıstanda Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 13:42 (UTC +04:00)
Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Atatürk Alatoo Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.
Qırğızıstanda Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Atatürk Alatoo Universitetində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, konfransda professor, müəllim və tələbələr qarşısında çıxış edən səfir Arif Ağayev Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verib, Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğu və faciənin qurbanlarına qarşı erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan danışıb.

Sonra Xocalı soyqırımına və Azərbaycanın 20 illiyinə aid sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda səfirlik tərəfindən Atatürk Alatoo Universitetinə Xocalı soyqırımına və Azərbaycana aid kitablar universitetin kitabxanasına hədiyyə olaraq verilib.

Həmçinin, fevralın 23-də səfirlik tərəfindən Bişkək şəhərindəki "İmam Əli" məscidində Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib. Tədbir çərçivəsində "İmam Əli" məscidində Xocalı faciəsini əks etdirən fotosərgi təşkil olunub və mərasim iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş broşür, kitab və disklər paylanılıb. Səfirlik tərəfindən Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.

Xəbər lenti

Xəbər lenti