Azərbaycan, Bakı, 25 aprel /Trend/
Cəbhədə vəziyyət yenə gərginləşib. Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 24-də saat 10:55-dən 11:00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21:40-dan 21:45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Erməni hərbiçilər aprelin 24-də saat 18:00-dan 18:20-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:00-dan 19:25-dək və 20:05-dən 20:10-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23:00-dan 23:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14:20-dən 14:40-dək, 14:30-dan 14:40-dək, 14:40-dan 14:50-dək, aprelin 25-də saat 01:50-dən 02:00-dək və 06:00-dan 06:10-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 00:50-dən 00:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06:00-dan 06:10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.