...

Azərbaycanın Meksikadakı səfiri: Xocalı ilə bağlı qətnamə təsdiq edir ki, dünya ictimaiyyəti erməni yalanından yorulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Aprel 2012 10:17 (UTC +04:00)
Dünya ictimaiyyəti erməni yalanından yorulub və bir neçə dövlətin parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edilib.
Azərbaycanın Meksikadakı səfiri: Xocalı ilə bağlı qətnamə təsdiq edir ki, dünya ictimaiyyəti erməni yalanından  yorulub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Ağayeva/

Dünya ictimaiyyəti erməni yalanından yorulub və bir neçə dövlətin parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edilib. Bu barədə Trend-ə Azərbaycanın Meksikada, eyni zamanda Kolumbiyadakı akkreditə olunmuş səfiri İlqar Muxtarov bildirib.

"Biryönlü və düzgün olmayan informasiya artıq əvvəlki kimi işləmir. Əminəm ki, Kolumbiyanın Xocalı ilə bağlı qətnaməsi sonuncu deyil, bir çox ölkədə də iş aparılacaq", - səfir deyib.

"Əlbəttə ki, bununla kifayətlənməyəcəyik. Biz irəli gedirik və ümid edirik ki, bir çox ölkə Meksikanın nümunəsi ilə gedəcək. Bu, bizim soyqırım qurbanları və ədalət naminə vətəndaşlıq borcumuzdur", - Muxtarov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edən ilk ölkə Meksikadır, ikinci ölkə Pakistan oldu, bu yaxınlarda isə onlara Kolumbiya qoşuldu.

Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının məqsədi Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında reallıqları dünya ictimaiyyətinə çatdırmaqdır.

Səfir bildirib ki, indiyə qədər Latın Amerikası ölkələri ermənilər üçün azad fəaliyyət meydançası olub, çünki Azərbaycan əvvəllər bu regionda təmsil olunmayıb və ermənilər çox aktiv fəaliyyət göstəriblər.

"Hazırda Azərbaycan bu regionda təmsil olunub, ölkənin Meksika, Argentina və Braziliyada səfirlikləri var. Bu, təkcə Azərbaycanın region ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafı üçün deyil, həm də Azərbaycan haqqında reallıqları və ölkənin mövqeyini Latın Amerikası ölkələrinə çatdırmaq üçün böyük təkandır", - Muxtarov bildirib.

Diplomat qeyd edib ki, Kolumbiya Azərbaycan kimi bu il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyə öz töhfəsini verə bilər.

"Kolumbiya Senatının Xarici işlər və milli müdafiə məsələləri üzrə ikinci komitəsi Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonunun ərazisinin qanunsuz hərbi işğalını, həmçinin Azərbaycan əhalisinə qarşı ölümlər, fiziki işgəncələr, əzab və zorakılıqlarla və onların insan hüquqlarının pozulması ilə nəticələnmiş hərəkətlər, xüsusən də Xocalı soyqırımı zamanı, eləcə də tərəflər arasında bərqərar olmuş atəşkəs rejiminin pozulması və döyüş əməliyyatlarının yenidən başlanması nəticəsində indiyədək baş verənləri qəbul etmir", - komitənin qərarında deyilir.

"Kolumbiya irəli sürdüyü mütərəqqi təşəbbüslərlə, eləcə də beynəlxalq sülh, münaqişələrin dinc yolla həll edilməsi uğrunda mübarizə aparan ölkə kimi tanınır. Bu səbəbdən ikinci komitə Azərbaycan və Ermənistan arasında münaqişənin davam etməsinə və maraqlı tərəflərin, habelə beynəlxalq təşkilatların həyata keçirdiyi müxtəlif mexanizmlər vasitəsilə həll yolları tapılmamasına dərindən təəssüflənir. Senat hər zaman hər iki respublikanın ərazi bütövlüyünə və beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmətlə yanaşaraq, müxtəlif maraqlı tərəfləri münaqişənin həll edilməsi üçün dialoqun gücləndirilməsinə çağırır", - sənəddə qeyd edilir.

Komitə, həmçinin Ermənistanı BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə və maraqlı tərəfləri münaqişənin daha da genişlənəcəyinə səbəb olacaq, sülhü və regionda təhlükəsizliyi sarsıdacaq hər hansı düşmənçilik hərəkətlərindən, maneə yaratmaq və müdaxilələrdən çəkinməyə çağırır.

Xəbər lenti

Xəbər lenti