Azərbaycan, Bakı, 30 aprel /Trend/
Azərbaycan üç erməni hərbçini üçüncü tərəfə təhvil verib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Hərbi əsirlər və itkin düşmüş şəxslər üzrə işçi qrupunun üzvü, operativ idarənin baş zabiti Samvel Asatryan bildirib.
Əsirlərin təhvil verildikləri ölkənin adı açıqlanmır.
Azərbaycanın hüquq-mühafizə orqanlarından məlumatın doğruluğunu müəyyənləşdirmək mümkün olmayıb.
Hazırda Azərbaycan tərəfində 7 erməni əsir, Ermənistan tərəfində isə 1 azərbaycanlı əsir var.