...

Müdafiə Nazirliyi Azərbaycan tərəfinin daha çox itki verməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlara aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2012 16:20 (UTC +04:00)
Müdafiə Nazirliyi iyunun 5-də Ermənistanın təxribatçı qrupunun Qazax rayonu ərazisindəki mövqelərimizə hücum cəhdi zamanı Azərbaycan tərəfinin daha çox itki verməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatları təkzib edir.
Müdafiə Nazirliyi Azərbaycan tərəfinin daha çox itki verməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 6 iyun /Trend müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi iyunun 5-də Ermənistanın təxribatçı qrupunun Qazax rayonu ərazisindəki mövqelərimizə hücum cəhdi zamanı Azərbaycan tərəfinin daha çox itki verməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatları təkzib edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Trend-ə bildirib ki, erməni kütləvi informasiya vasitələrində uydurma adlar və rütbələr düzəldərək guya 10-dan artıq Azərbaycan əsgərinin şəhid olduğunu bəyan ediblər.

Bu məlumatları yalan və həqiqətdən uzaq hesab edən nazirlik sözçüsü bildirib ki, Ermənistan tərəfi bu üsuldan ilk dəfədir ki, istifadə etmir.

Onun sözlərinə görə, şəhid əsgərlərin sayının gizlədilməsi ağılsızlıqdır və onların gizlədilməsi mümkün deyil.

Ölkə mətbuatına xitabən Sabiroğlu qeyd edib ki, düşmən kifayət qədər hiyləgər və alçaq prinsiplərlə işləyir.

"Bunu nəzərə alaraq, düşmənin dezinformasiyalarına əsaslanıb yalan məlumatlar yaymaq lazım deyil", - o deyib.

Qeyd edək ki, Ermənistan mətbuatı son günlər cəbhədə atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 10-dan artıq şəhid verdiyi barədə məlumatlar yayıb.

Xəbər lenti

Xəbər lenti