...

Kolumbiya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər - senator

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2012 16:08 (UTC +04:00)
Kolumbiya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər.
Kolumbiya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər - senator

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Kolumbiya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər. Trend-in məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Kolumbiya Senatının İkinci konstitusional komitəsinin sədri xanım senator Aleksandra Moreno Piraquive iyulun 2-də Milli Məclisdə keçirdiyi mətbuat konfransda deyib.

O bildirib ki, cari il aprelin 24-də Kolumbiya Senatında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı soyqırımı ilə bağlı sənəd qəbul olunub.

"Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistanın təcavüzkar dövlət olduğu öz əksini tapir. Biz 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə tərəfdarıq. Kolumbiya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər", - o deyib.

Azərbaycan ilə Kolumbiya arasında əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu vurğulayan senator deyib ki, cari ilin sonunadək Azərbaycanda Kolumbiyanın səfirliyinin açılması gözlənilir.

Aleksandra Moreno Piraquive bu günə qədər ölkələrimiz arasında diplomatik və xidməti pasportları olan şəxslərin vizasız gediş-gəlişi, Diplomatik akademiyalar arasında təcrübə mübadiləsinə dair sənədlərin imzalandığını bildirib, daha bir neçə sənədin isə hazırlıq mərhələsində olduğunu bildirib.

"Bizim Azərbaycana səfərimiz Kolumbiya hökuməti və parlamenti üçün çox önəmlidir. Səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirdik və əlaqələrimizin hərtərəfli inkişafı üçün faydalı danışıqlar aparmışıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti