...

Ermənistan parlamenti erməni KİV-lərinin Valentina Matviyenkonun fikir söyləməsinə dair yaydığı məlumatları iftira adlandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2012 23:19 (UTC +04:00)
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iyulun 11-də Ermənistan Respublikasında səfərdə olan zaman Dağlıq Qarabağ konflikti haqqında "hər hansı bir bəyanat verməyib". Bu barədə Ermənistan parlamentinin KİV və ictimaiyyətlə əlaqələr idarəsinin cümə günü yayılan bəyanatında deyilir.
Ermənistan parlamenti erməni KİV-lərinin Valentina Matviyenkonun fikir söyləməsinə dair yaydığı məlumatları iftira adlandırıb

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iyulun 11-də Ermənistan Respublikasında səfərdə olan zaman Dağlıq Qarabağ konflikti haqqında "hər hansı bir bəyanat verməyib". Bu barədə İTAR-TASS agentliyi Ermənistan parlamentinin KİV və ictimaiyyətlə əlaqələr idarəsinin cümə günü yayıdığı bəyanatına istinadən xəbər yayıb.

Bəyanat "Qraparak" qəzetinin 13 iyul nömrəsində dərc olunmuş və Matviyenkonun güya Dağlıq Qarabağ konflikti haqqında fikirləri əks etdirdiyi yazı ilə bağlı yayılıb.

"Biz bəyan edirik ki, qəzetdə dərc edilmiş yazı tamamilə həqiqətə uyğun deyil. Bu barədə müzakirələr nə rəsmi görüşlərdə, nə də nahar vaxtı aparılıb", - Ermənistan parlamentinin KİV və ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.

"Təəssüflər olsun ki, KİV-lərdə tez-tez həqiqətə uyğun olmayan məlumatlarlar yayılır. Bu yazı da həmin sıradandır",- idarə əlavə edib.

Daha əvvəl RF Federasiya Şurası da erməni KİV-lərinin yaydığı məlumatları təkzib etdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti