...

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Dekabr 2012 14:00 (UTC +04:00)
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində monitorinq keçiriblər. Monitorinq zamanı hər hansı insident baş verməyib.
ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

ATƏT-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 14-də Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kəndinin cənub qərbində yerləşən təmas xəttində monitorinq keçiriblər. Monitorinq zamanı hər hansı insident baş verməyib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, şəxsi köməkçi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeniy Şarov keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti