...

Bir erməni Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçərkən saxlanılıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2013 13:46 (UTC +04:00)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 12:15-də yayılıb)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İ.İzzət/

Bu gün bir erməni azaraq Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib. Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçən erməninin mülki şəxs və ya hərbçi olduğu müəyyənləşdirilir.

Hazırda Azərbaycan tərəfi ərazimizə keçmə səbəblərini və şəraitini araşdırır.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə faktı təsdiqləyib və əlavə məlumatın veriləcəyini açıqlayıb.

Azərbaycan ərazilərini işğal etmiş separatçı rejim erməni əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqləyib.

Trend-in NEWS.am-a istinadən verdiyi məlumata görə, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti