...

Şahin Sayılov: Yəqin ki, BQXK nümayəndələri ilə görüşdə erməni əsirinin öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2013 11:35 (UTC +04:00)
Yəqin ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşdə erməni əsirinin öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib.
Şahin Sayılov: Yəqin ki, BQXK nümayəndələri ilə görüşdə erməni əsirinin öz ölkəsinə və yaxud üçüncü ölkəyə  getmək istəməsi müəyyənləşib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Yəqin ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüşdə erməni əsirinin öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib.

Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Komissiyanın katibi qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda saxlanılan erməni əsir Akop İnciqulyanın öz ölkəsinə qaytarılmasında problem görmür.

Onun sözlərinə görə, hazırda əsirin hansı səbəbdən qoşunların təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçməsinin aydınlaşdırılması prosesi gedir. Bu məsələ tam aydnlaşandan sonra erməni əsrinin öz öz istəyi olarsa, o, ölkəsinə təhvil verilə və yaxud üçüncü ölkəyə göndərilə bilər:

"Ötən gün BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirlə görüşüblər. Yəqin ki, BQXK nümayəndələri ilə görüşdə erməni əsrinin öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib. Hər şey erməni əsirin istəyindən asılı olacaq. Əgər O, Ermənistana getmək istəsə, qaytarılacaq. Dövlət Komissiyası bu məsələdə heç bir problem görmür".

Qeyd edək ki, avqustun 7-dən 8-ə keçən gecə erməni silahlı bölmələrinin hərbiçisi, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti