...

Cəbhə xəttində düşmən susmaq bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2013 09:57 (UTC +04:00)
Cəbhə xəttində mövqelərimiz adsız yüksəkliklərdən atəşə tutulub.
Cəbhə xəttində düşmən susmaq bilmir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində mövqelərimiz adsız yüksəkliklərdən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti