...

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin parlamentarilərinin Dağlıq Qarabağın separatçı rejimi ilə görüşünə aydınlıq gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2013 16:14 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi britaniyalı parlamentarilər, Ermənistan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvləri Stiven Paund və Con Uitinqdeylin Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi ilə görüşünə aydınlıq gətirib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin parlamentarilərinin Dağlıq Qarabağın separatçı rejimi ilə görüşünə aydınlıq gətirib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir S.Əhmədova/

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi britaniyalı parlamentarilər, Ermənistan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvləri Stiven Paund və Con Uitinqdeylin Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi ilə görüşünə aydınlıq gətirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bu səfər Ermənistan hökuməti tərəfindən hazırlanan şəxsi səfər olub: "Biz britaniyalı nümayəndə heyətinin de-fakto Dağlıq Qarabağ rejimi ilə görüşündən xəbərdarıq. Britaniya hökumətinin ölkəsinin parlament üzvlərinin kiminlə görüşməsinə qərar verməsinə heç bir nəzarət mexanizmi yoxdur".

Səfirlikdən bildirilib ki, bu, Böyük Britaniyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı siyasətində dəyişikliyi əks etdirmir:

"Böyük Britaniya de-fakto "Dağlıq Qarabağ hökuməti"ni və onların müstəqilliyini bəyan etməsini tanımır. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyü və ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilən sülh prosesini dəstəkləyir. Biz Azərbaycan və Ermənistanı münaqişənin gücdən istifadə etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ kimi prinsiplər əsasında danışıqlar yolu ilə həlli üçün səylərini sürətləndirməyə çağırırıq".

Qeyd edək ki, Ermənistan KİV-ləri xəbər veriblər ki, Böyük Britaniya parlamentinin iki üzvü Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Parlamentarilər Stiven Paund və Con Uitinqdeyl ötən gün Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi Karen Mirzoyanla görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti