...

Rusiya jurnalı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytında gedən səhvi düzəldib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Fevral 2014 16:25 (UTC +04:00)
Rusiya jurnalı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytında gedən səhvi aradan qaldırıb.
Rusiya jurnalı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytında gedən səhvi düzəldib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Rusiya jurnalı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı saytında gedən səhvi aradan qaldırıb.

2013-cü ilin dekabr ayında Rusiyanın "Arxeologiya, antropologiya və etnoqrafiya xəbərləri" jurnalının saytında Ermənistan tədqiqatçılarının "Paleoantropoligiya məlumatları üzrə Şirakavan və Lord Berd (Ermənistan) abidələrində ölənlərin cəsədləri ilə davranış qaydaları" adlı məqaləsi yerləşdirilmişdi. Məqalədə olan xəritədə Dağlıq Qarabağın ərazisi Azərbaycan ərazisindən ayrı, suveren dövlət kimi göstərilmişdi ki, bu da BMT-nin beynəlxalq standartlarına ziddir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı, tarix elmləri namizədi Dmitri Kiriçenko Trend-ə bildirib ki, mövcud fakt beynəlxalq hüquq və normaların, xüsusilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir: "Biz redaksiyaya mövcud xəritə ilə bağlı iradımızı bildirdik, bundan sonra redaksiya bizim haqlı tələblərimizi nəzərə aldı və yalnız xülasəni saxlamaqla həmin məqaləni saytdan çıxardı".

Qeyd edək ki, "Arxeologiya, antropologiya və etnoqrafiya xəbərləri" jurnalının təsisçisi Rusiya Elmlər Akademiyasının Şimalın Mənimsənilməsi Problemi İnstitutudur. 1997-ci ildə əsası qoyulan bu jurnal ildə dörd dəfə işıq üzü görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti