...

"Olimpiya barışığı" dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2014 11:26 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xiodmətindən Trend-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.
"Olimpiya barışığı" dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

"Olimpiya barışığı" dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, fevralın 9-da cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 17 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd etmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri Soçi Qış Olimpiya Oyunları dövründə atəşkəs rejiminə sadiq qalacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti