Şahin Sayılov: Son illər əsir və girovluqda 554 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub (MÜSAHİBƏ)

Şahin Sayılov: Son illər əsir və girovluqda 554 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun Trend-ə müsahibəsi

- Artıq 20 ildən çoxdur ki, Azərbaycan Respublikasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu, az qala müstəqilliyimizlə yaşıd olmaq deməkdir. O zaman Komissiya hansı zərurətdən yaranmışdı?

- Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində hadisələr o qədər sürətlə baş verirdi ki, cəmiyyətdə böyük çaşqınlıq var idi. Yaxınlarını itirmiş insanlar onları harada axtaracağını, kimdən soruşacağını bilmir, əzabları dözülməz həddə çatırdı. Yaranmış humanitar problemin həlli üçün vahid və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi zəruri idi. 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi və hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı və Azərbaycanı parçalanma təhlükəsi, real vətəndaş qarşıdurması ilə üz-üzə qoydu. Belə bir vəziyyətdə narahatlıq doğuran daha bir ciddi məsələ yaranmış humanitar fəlakətin ən qabarıq və dəhşətli faktorlarından olan əsir, girov və itkinlər problemi idi.

Həmin dövrü xarakterizə edən əsas cəhət ondan ibarətdir ki, münaqişə qızışdıqca qurbanlar artır, ancaq yaxınları barədə məlumat almaq üçün insanlar müraciət etməyə ünvan tapa bilmirdilər. Müxtəlif yollarla erməni əsir-girovluğundan azad edilmiş vətəndaşların bir qismində isə sonradan keçirilmiş tibbi müayinə zamanı bəzi xəstəliklər də aşkar olunurdu. Münaqişə ilə bağlı respublikada əhalinin miqrasiyasının xaotikliyi bu işi son dərəcə çətinləşdirirdi. Münaqişənin tarixi ilə yaşıd olan bu problemin həlli təxirəsalınmaz məsələ olduğundan hökmən rəsmi strukturların müdaxiləsi və məqsədyönlü dövlət siyasətini zəruri edirdi.

1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı. Ən ağır bir dövrdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi, müharibə qurbanlarına münasibətdə də özünü göstərdi. Bu iş sonralar da daim dövlətin diqqət mərkəzində oldu. Fəaliyyətə başladığı ilk günlərdən Komissiya Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və digər aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində işləyib. Bu əməkdaşlıq indi də davam edir.

"Son illər əsir və girovluqda 554 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub"

- Bəs, Komissiya fəaliyyətində hansı prinsiplərə söykənir?

- Dövlət Komissiyası yaradıldıqdan sonra öz işini bütövlükdə müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyası, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq aləmdə qəbul olunmuş hüquq normaları, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq humanitar hüquq sahəsində respublikamızda qəbul olunmuş qanun və digər normativ hüquqi aktların tələblərinə uyğun surətdə həyata keçirir.

Ermənistan isə həmin beynəlxalq sənədlərə məhəl qoymur və genosid, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndirir. Müharibə ilə əlaqəsi olmayan dinc adamların girov götürülməsi, onlara insanlığa sığmayan işgəncələr verilməsi, şəxsiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver vasitəsinə çevrilməsinə dair Dövlət Komissiyasının İşçi qrupunda xeyli faktlar toplanıb.

Dövlət Komissiyasında olan faktlar göstərir ki, erməni əsirliyində insanlara qarşı əsl soyqırım siyasəti həyata keçirilib, yüzlərlə həmvətənimiz öldürülüb, dəhşətli əzab və işgəncələrə məruz qalaraq şikəst ediliblər. Son illər aparılan araşdırmalar nəticəsində əsir və girovluqda 554 soydaşımızın qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunub.

- Ötən müddət ərzində Komissiyanın tərkibində hansı dəyişikliklər olub və bu dəyişikliklər öz təsirini necə göstərib?

- Qeyd etdiyimiz kimi, Komissiya və onun İşçi qrupu 1993-cü ildə yaradılıb. Lakin ötən müddət ərzində Komissiyanın tərkibi iki dəfə bütövlükdə, bir neçə dəfə isə qismən dəyişdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildə Dövlət Komissiyasının tərkibi üçüncü dəfə tam yeniləndikdən sonra dövlət başçısının diqqət və qayğısı sayəsində əsir-girov və itkinlər probleminə yanaşma kökündən dəyişib, Komissiyanın fəaliyyəti daha da güclənib, dəqiq parametrlər müəyyənləşib. Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasəti barədə hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması işinin gücləndirilməsi ilə yanaşı, coğrafi arealı da xeyli genişləndirilib.

2004-cü ildən etibarən, komissiyanın fəaliyyətində yeni dövr başlayıb və köklü dəyişikliklər baş verib. Prioritet təşkil edən məsələlərin müəyyənləşdirilməsi, kadr probleminin həlli və maddi-texniki bazanın yaradılması əsas amil kimi önə çəkilib. Bu dövrdə başlıca vəzifə itkinlərlə bağlı Dövlət Komissiyasındakı siyahıda dəqiqləşdirmələr aparılması, BQXK-da olan analoji siyahı ilə fərqin aradan qaldırılması idi. Dəqiqləşmənin aparılması itkinlərlə bağlı siyahının konkretləşməsi ilə yanaşı, humanitar problemin miqyasının müəyyənləşməsi üçün də əhəmiyyətli idi. Bu, həm də 2008-ci ilin aprel ayında BQXK və Dövlət Komissiyası arasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişindən irəli gələn vəzifələrin icrası üçün də mühüm əhəmiyyət kəsb edirdi.

"Adları itkin düşmüş şəxslərin siyahısında olan 387 nəfərin sağ olduğu müəyyən edilib"

- Yeri gəlmişkən, Dövlət Komissiyası ilə BQXK arasında imzalanmış Ante Mortem proqramı ilə bağlı aparılan işlərin vəziyyəti və itkin düşmüşlərin siyahısının dəqiqləşdirilməsi prosesi nə yerdədir?

- Çərçivə sazişi imzalandıqdan sonra zəruri olan ilk iş itkinlər barədə Ante Mortem məlumatların (itkin düşmüş şəxs barəsində onun itkin düşməsi anınadək olan məlumatlar) toplanması idi. Bu iş Dövlət Komissiyasının İşçi qrupunun və BQXK-nın köməkliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib. 26 yanvar 2011-ci il tarixdə BQXK və Dövlət Komissiyası arasında imzalanmış "AnteMortem/PostMortem məlumat Bazasının istifadəsi" üzrə Proqram Təminatı Müqaviləsinə uyğun olaraq, artıq 1495 nəfər barədə toplanmış məlumatlar elektron məlumat bazasına daxil edilib.

Yuxarıda qeyd edildiyi kimi, siyahılarda dəqiqləşmə işinin başlanmasından keçən müddətdə 1070 nəfərin taleyinə aydınlıq gətirilərək adları itkin düşmüş şəxslərin siyahısından çıxarılıb. Onlardan 387 nəfərinin sağ, 317 nəfərin hərbi əməliyyatların gedişində həlak olduğu və meyitlərinin tanınaraq dəfn edildiyi, 351 nəfərin adının siyahıdan təkrar keçdiyi, 15 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyənləşdirilib. Bundan başqa, 2292 itkin barədə Komissiyanın İşçi qrupu tərəfindən toplanıb və dəqiqləşdirilmiş məlumatlar BQXK-ya göndərilib. Hazırda siyahılarda dəqiqləşmə işi demək olar ki, başa çatmaq üzrədir. Ancaq münaqişənin xarakteri elədir ki, hər gün yeni-yeni məlumatların ortaya çıxması mümkündür. Təsadüfi deyil ki, bu müddət ərzində nə yaxınlarının, nə də aidiyyəti qurumların Komissiyaya müraciət etmədiyi 154 nəfərin hərbi əməliyyatların gedişində itkin düşməsi faktı aşkarlanıb və onlar qeydiyyata götürülüb.

"Dəlil-sübutlara baxmayaraq, Ermənistan yüzlərlə azərbaycanlının əsir-girov götürülməsi faktını hələ də inkar edir"

- Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır?

- 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş, 1412 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir. İtkin düşmüş 4013 nəfərdən 877 nəfərinin, o cümlədən 22 uşaq, 99 qadın və 133 qocanın əsir-girov götürülməsi, bu və ya digər səbəbdən işğal zamanı evlərini tərk edə bilməməsi barədə toplanmış materiallar aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Erməni əsir-girovluğundan azad edilmiş vətəndaşlarımızın şahid ifadələri əsasında həmin şəxslərin siyahısı tərtib edilib, onların ilkin saxlanma yerləri və digər faktlar dəqiqləşdirilib. Dəlil-sübutlara baxmayaraq, Ermənistanın aidiyyəti qurumları bu şəxsləri əsir-girov götürməsi faktını hələ də inkar edir.

"Son 10 ildə əsir və girov götürülmüş 23 Azərbaycan vətəndaşı azad edilib, həmçinin 23 erməni qarşı tərəfə qaytarılıb"

- 2004-cü ildən ötən müddət ərzində əsir-girovların azad olunması sahəsində vəziyyət necə olub?

- Dövlət Komissiyasının səyləri nəticəsində və BQXK-nın vasitəçiliyi ilə 2004-2013-cü illər ərzində Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülmüş 23 Azərbaycan vətəndaşı (16 hərbçi, 7 mülki şəxs) azad edilib, atəşkəsin pozulması nəticəsində qoşunların təmas xəttində həlak olmuş və düşmənin nəzarət etdiyi ərazidə qalmış 7 nəfərin meyiti (3 hərbçi, 4 mülki şəxs) alınaraq yaxınlarına verilib. Bundan başqa, aparılmış araşdırmaların nəticəsi olaraq adları 2004-cü ilə qədər Dövlət Komissiyasının siyahısına düşməmiş 66 nəfərin əsir və girov götürülməsi və azad edilməsi faktı müəyyən edilərək qeydiyyata alınıb. Eyni dövr ərzində həmçinin Azərbaycan ərazisində saxlanılmış 23 erməni (12 hərbçi, 11 mülki) və 2 meyit (1 hərbçi, 1 mülki) də qarşı tərəfə qaytarılıb.

Humanizm prinsiplərini əsas götürərək Azərbaycan Respublikasının Dövlət Komissiyası itkin düşdüyü bildirilən və BQXK tərəfindən siyahısı təqdim olunan 415 erməninin də axtarışını diqqət mərkəzində saxlayır. Bu şəxslərdən 211 nəfəri Dağlıq Qarabağ bölgəsində yaşamış Azərbaycan Respublikasının, 198 nəfəri Ermənistan Respublikasının, 3 nəfər Gürcüstan, 2 nəfər Rusiya Federasiyası, 1 nəfər isə İran İslam Respublikası vətəndaşı olub. Araşdırmalar zamanı onlardan 26 nəfərinin hərbi əməliyyatların getdiyi Azərbaycan Respublikasının ərazisində itkin düşmədiyi və ümumiyyətlə, münaqişəyə aid olmadığı da müəyyən edilib. Onlardan 24 nəfərin Ermənistanda, 2 nəfərin isə Gürcüstanda itkin düşməsi faktı aşkarlanıb.

- Bəs Dövlət Komissiyasının beynəlxalq əlaqələri və ümumiyyətlə, beynəlxalq ictimaiyyətin məlumatlandırılması sahəsində işlər barədə nə demək olar?

- Bu illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq əlaqələri də nəzərəçarpacaq dərəcədə inkişaf edib. Komissiya BQXK-nın, İCMP-nin (İtkinlər üzrə Beynəlxalq Komissiya), FİCHL-in (Humanitar və Cinayət hüququ üzrə Beynəlxalq Forum), İnterpolun, Avropa və dünyanın bir sıra digər ölkələrində fəaliyyət göstərən Azərbaycan dərnəklərinin keçirdiyi müxtəlif tədbirlərin işində yaxından iştirak edib. Azərbaycan reallıqlarının, Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün geniş işlər aparılıb. Ümumiyyətlə, 2004-2013-cü illər ərzində Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən çox dildə hazırlanmış iki yüz mindən artıq təbliğat vasitəsi respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına, politoloq və konfliktoloqlara, xarici dövlət və ictimai xadimlərə göndərilib, keçirilmiş tədbirlərdə yayılıb. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək olar ki, hamısını əhatə edir.

Ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı soyqırımının ildönümləri ilə əlaqədar "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Dövlət Komissiyası beynəlxalq silsilə tədbirlərin keçirilməsinə yardımçı olub.

Yalnız onu demək kifayətdir ki, təkcə 2013-cü ildə keçirilmiş tədbirlərdə 1500 nüsxə azərbaycan, rus və ingilis dillərində Dövlət Komissiyasının materiallar toplusu, 8786 ədəd "Erməni terroru", "Преступление армянских террористических и бандитских формираваний против человечества", "Bizi əsirlikdən qurtarın", "QSM-7 təsdiq edir", "Qarabağ: dünən, bu gün fotoşəkillərdə", "Humanitar dəhlizdə həyata keçirilən missiya" adlı kitablar, 17423 ədəd isə kitabların DVD versiyası yayılıb. Bu işdə Komissiyanın üzvləri, dövlət və qeyri-hökumət təşkilatları yaxından iştirak ediblər.

Ermənistanın təcavüzü ilə birlikdə yaranmış əsir-girov və itkinlər problemi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ona görə də vətəndaşlarımız əmindirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hər bir insanımızın sonrakı taleyi aydınlaşana qədər Komissiya Vətən və dövlət tərəfindən onun qarşısında qoyulmuş missiyanı layiqincə həyata keçirəcəkdir.

Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Loading Bars
Xəbər lenti
Sabah arabir yağış yağacaq, külək əsəcək
İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir
Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat (VİDEO)
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)
Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq
Azərbaycanda yaşı 100-dən çox olanların sayı açıqlandı
Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq
Edinburq şəhərində Gəncə terroru pislənib
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır (FOTO)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
Rusiyada bir gündə 346 nəfər koronavirusdan öldü
Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur - Ekspert
Bərdənin qisası alındı - Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib
Azərbaycan nefti bahalaşıb
Düşmən Tərtər rayonunun ərazisini raket atəşinə məruz qoyub
Əsirlikdə olan vətəndaşlarının taleyi, həlak olanların meyitləri Ermənistanı maraqlandırmır - Qafqazşünaslıq İnstitutu
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı
Ermənistanda daha 2 241 nəfər koronavirusa yoluxdu, 21 nəfər öldü
Belarusun Azərbaycandakı səfiri Gəncəyə gəlib (FOTO)
Ordumuza məxsus PUA vurulmayıb - MN
Abşeronun kəndlərində COVİD-19 əleyhinə təbliğat tədbirləri keçirilib (FOTO)
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general
Qazaxıstanda koronavirusa daha 148 nəfər yoluxub
Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursat (VİDEO)
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib
Azərbaycan döyüş meydanında təkbaşına mübarizə aparır - Rufiz Hafizoğlu Omanın “WisalFM” radiosuna açıqlama verib (VİDEO)
Ordumuz üçün yardımları hazırlayarkən çox böyük qürur hissi keçirirdik - Zümrüd Hacıyeva (VİDEO)
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib (FOTO)
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub - MN
“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT
F-16 təyyarələri Ermənistanı və onun havadarlarını niyə narahat edir? - Milli Qəhrəmanın şərhi
Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür (FOTO)
Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var -FAO
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub
Oktyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub - Deputat
Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı (VİDEO)
Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub (FOTO)
Düşmən itki verərək geri çəkilib - MN
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İran parlamentinin spikeri koronavirusa yoluxub
Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub - MN
"Liverpul" tarixinin 10 000-ci qolunu vurub
Baydenin koronavirus testinin nəticəsi məlum olub
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və terror siyasəti barədə yazıb
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
Kanadada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Çempionlar Liqası: "Liverpul"dan qələbə, "Real"dan heç-heçə
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? (FOTO)
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib
Ermənilər özünü demokratiyanın beşiyi sayan Fransada haqq deyənlərin səsini boğur - Ekspert
Bugün məhv edilən Arutyunyanın maşınından geriyə qalan (FOTO)
Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir
Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
FİFA-nın prezidenti koronavirusa yoluxub
Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Dövlət Komissiyası (FOTO)
Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dönüş: Sabaha qalmayan qisas
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Bütün xəbərlər