...

ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupu nümayəndələrinin iştirakı ilə cəbhədə monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyun 2014 09:29 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.
ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupu nümayəndələrinin iştirakı ilə cəbhədə monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti