...

Klod Salhani: Dağlıq Qarabağ münaqişəsi - hərb, yoxsa sülh?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2014 17:42 (UTC +04:00)
Atəşkəs rejiminə baxmayaraq, müharibə vəziyyətində olan Azərbaycanın və Ermənistanın iki onillikdən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar çıxılmaz vəziyyətdə özünü necə aparmasının üç variantı var.
Klod Salhani: Dağlıq Qarabağ münaqişəsi - hərb, yoxsa sülh?

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Trend-in İngilis rlər xidmətinin baş redaktoru Klod Salhaninin ABŞ-ın fuzlu "Huffington Post" zetinin saytındakı bloqunda onun Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş qaləsi yerləşdirilib.
http://www.huffingtonpost.com/claude-salhani/nagornokarabakh-conflict-_b_5765176.html

Oxuculara bu məqaləni təqdim edirik:

Atəşkəs rejiminə baxmayaraq, müharibə vəziyyətində olan Azərbaycanın və Ermənistanın iki onillikdən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar çıxılmaz vəziyyətdə özünü necə aparmasının üç variantı var.

Hər bir variantın mənfi tərəfləri var, çünki asan həll yoxdur. Amma qanlı münaqişənin dinc yolla nizamlanması axtarışında reallıq belədir.

Tərəflər razılığa gələ bilmirlər və status-kvo davam edir. Onlar hər gün bir-birilərinə atəş açmaqda davam edə, öz əsgərlərinin öldürülməsinə dözə və bir-birilərinin ünvanına təhqirləri artıra bilərlər. Belə seçimin həm üstünlükləri, həm də çatışmazlıqları var. Üstünlük, ən azı, ilkin mərhələdə Ermənistanda olacaq, çünki o, işğal etdiyi əraziləri - Azərbaycan ərazilərinin 20 faizini saxlayacaq. Amma bu variant uzaqgörən deyil, çünki gələcəkdə hərbi gərginliyə əsas verə bilər. Məqamların birində Bakı hiss edəcək ki, onun başqa yolu yoxdur.

Ermənistan üçün konstruktiv qərar barışığa nail olunmasının vacibliyini etiraf etməkdir. Əks halda hadisələr elə cərəyan edəcək ki, Ermənistan peşman olacaq.

Arzuolunmaz hərbi qarşıdurma yeganə həll kimi görünə bilər. Yerevanın baxa biləcəyi iki yeni amil var: bunlar Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidenti və Əhməd Davudoğlunun Baş nazir postlarına seçilmələridir. Onların hər ikisi Azərbaycanın sadiq tərəfdarıdır və Bakını işğal olunmuş ərazilərin qaytarılmasına yönəlmiş səylərində dəstəkləməyə and içiblər. Türkiyə Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla sərhədləri bağlayıb.

Ermənistan çoxlu sayda iqtisadi, siyasi və sosial problemlərə baxmayaraq, nə qədər ki, Rusiyanın himayəsi altındadır, özünü nisbətən təhlükəsiz hesab edə bilər. Lakin əgər Rusiya digər münaqişəyə, məsələn, Ukraynadakı münaqişəyə həddindən artıq cəlb olunarsa, vəziyyət istənilən an dəyişə bilər. Bu, Ermənistanı zəiflədə bilər.

İkinci üsul hərbdir. Və bu zaman heç şübhəsiz ki, Azərbaycan hərbi üstünlüyə malik olacaq və hərbi kampaniyanın keçirilməsi ilə bağlı böyük risklər var. Çünki son nəticə həmişə gözlənilməzdir və münaqişənin region miqyasında böyüməsinə gətirib çıxara bilər.

Ona görə də üçüncü və yeganə real üsul qalır: dialoq və dinc nizamlanma. Baxmayaraq ki, bu, ən ağıllı qərardır, lakin çox çətin olacaq, çünki düşmənlə danışıqlar aparmaq zərurəti doğurur.

Münaqişə öz təbiəti etibarilə bir qayda olaraq xoşagəlməz təcrübədir. Həmçinin zorakılıq və qan tökmə tarixini nəzərə alaraq özü ilə başqasına nifrət şəklində ağır yükü dartan Dağlıq Qarabağ kimi münaqişələr...

Amma istənilən dialoqun aparılması üçün hər iki tərəfin görüşlərə başlamaq və fikir mübadiləsi aparacağı göndəriş nöqtəsinin olması vacibdir. Qoşunların təmas xəttində atışmanın davam etdiyi və sərt ritorikanın mövcudluğu şəraitində bu çox çətin olacaq.

Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq dünən "Azernews"a deyib: "Hər iki tərəfdən ritorika ümidverici deyil, çünki bu, mövqeləri dərinləşdirir və qütbləşdirir. Bu, bir-birinə nifrəti artırır, lakin indi bizə lazım olan bir-birini anlamaqdır. Münaqişəni həll etmək üçün bu vacibdir".

Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru Klod Salhani

Məqalədə:
Xəbər lenti

Xəbər lenti