Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Ermənistan hökuməti ölkənin Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Çinari kəndində müdafiə səddinin tikintisinə vəsait ayırıb.
Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bu barədə hökumətin bugünkü iclasında Baş nazirin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan bildirib.
Onun sözlərinə görə, divar sərhədin müəyyən hissələrində çəkiləcək.