...

Ermənilər atəşkəsi yenidən pozdular

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2014 09:23 (UTC +04:00)
Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam ediblər.
Ermənilər atəşkəsi yenidən pozdular

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam ediblər.

Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti