...

Elmar Məmmədyarov britaniyalı lorda Dağlıq Qarabağ münaqişəsinin fəsadlarından danışıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2014 19:15 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov britaniyalı lorda Dağlıq Qarabağ münaqişəsinin fəsadlarından danışıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat verib.

Böyük Britaniya nümayəndə heyəti tərəfindən Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğu qeyd olunaraq, Azərbaycanın gələcək inkişaf ilə bağlı aydın baxış və strateji xəttə malik olduğu bildirilib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi xüsusilə vurğulanıb.

Görüş zamanı regional və qlobal proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti