...

Anjey Kasprşik Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə gedəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2014 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində hərbi helikopterin vurulduğu əraziyə baş çəkəcək. Trend-in "News.am"a istinadən verdiyi məlumaat görə, bu barədə diplomatik dairələrdən xəbər veriblər.

Mənbənin məlumatına əsasən, A.Kasprşik yaxın günlərdə həmin ərazidə olacaq. Onu səhra köməkçiləri müşayiət edəcək.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti