...

Kolumbiya mətbuatı Xocalı soyqırımı barədə yazdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2015 11:18 (UTC +04:00)
Kolumbiyanın ən tanınmış qəzetlərindən olan “El Nuevo Siglo” (Yeni Əsr) və “El Espectador” qəzetlərində , habelə “www.noticiascolombianas.com.co” və “reporte24.co” xəbər portallarında Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc olunub.
Kolumbiya mətbuatı Xocalı soyqırımı barədə yazdı

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Kolumbiyanın ən tanınmış qəzetlərindən olan "El Nuevo Siglo" (Yeni Əsr) və "El Espectador" qəzetlərində, habelə "www.noticiascolombianas.com.co" və "reporte24.co" xəbər portallarında Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "El Nuevo Siglo" qəzetində dərc olunmuş "Xocalı qətliamı, Azərbaycanın açıq yarası" (Asesinato de Jodyalí, herida abierta en Azerbaiyán) adlı məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən, Azərbaycan torpaqlarının zəbt edilməsindən söz açılır. Xocalı şəhərinin yerlə yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla kütləvi qətl edilməsindən bəhs edilir, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində soyqırım aktı həyata keçirdiyi göstərilir.

Məqalədə,həmçinin Azərbaycanın siyasi-iqtisadi inkişafı, regionun ən mühüm dövlətlərindən birinə çevrilməsi, Ermənistanın isə öz işğalçı siyasəti ilə özünü təcrid vəziyyətinə saldığı, ölkənin səfalət içində olduğu haqqında məlumat verilir.

Məqaləni http://www.elnuevosiglo.com.co/articulos/2-2015-asesinato-de-jodyal%C3%AD-herida-abierta-en-azerbaiy%C3%A1n.html linkindən də daxil olaraq əldə etmək olar.

Həmin məqalə Kolumbiyanın digər ən tanınmış qəzetlərindən olan "El Espectador" qəzetində də "Azərbaycan Xocalı qətliamına yas saxlayır" (Azerbaiyán llora la masacre de Jodyalí) başlığı ilə dərc olunub.

"El Espectador" qəzetində çıxmış məqalə ilə bu linkdən tanış olmaq mümkündür: http://www.elespectador.com/noticias/elmundo/azerbaiyan-llora-masacre-de-jodyali-articulo-544055

Digər xəbər portallarının da işıqlandlırdığı bu məqalələri aşağıdakı linklərdən daxil olaraq oxumaq mümkündür:

http://www.noticiascolombianas.com.co/index.php/8822/azerbaiyan-llora-la-masacre-de-jodyali/

http://reporte24.co/2015/02/azerbaiyan-llora-la-masacre-de-jodyali/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti