Azay Quliyev Milanda beynəlxalq ictimaiyyəti Ermənistana qarşı təzyiqləri artırmağa çağırıb (FOTO)

Azay Quliyev Milanda beynəlxalq ictimaiyyəti  Ermənistana qarşı təzyiqləri artırmağa çağırıb (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtalyanın Milan şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş sərgi keçirilib.

Trend-in məlumatına görə, sərginin açılış mərasimində Şura sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin üzvləri Bəxtiyar Əliyev və Azər Kərimli, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Ermənistan-Azərbaycan, münaqişəsinin yaranma səbəbləri haqında danışıb və bu konflikt nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Bu günlərdə 23-cü ildönümü qeyd olunan Xocalı soyqırımından danışan Şura sədri bildirib ki, Azərbaycan bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün davamlı iş aparır. Bununla bağlı "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində görülən işləri xatırladan Azay Quliyev ölkəmizin 20 ildən artıq müddətdə Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasına baxmayaraq hər zaman sülh və sabitliyin, tolerantlığın, birgə yaşayışın təbliğatçısı kimi çıxış etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini XX əsrin ən faciəli münaqişələrindən biri adlandıran Azay Quliyev Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul olunan beynəlxalq sənədlərin icra olunmamasından narazılığını bildirib: "Çoxsaylı beynəlxalq qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı qətnamələri hələ də yerinə yetirilməmiş olaraq qalır. Bölgədə sülhün bərqərar olması üçün işğalçı Ermənistana qarşı beynəlxalq təzyiqlərin artırılması vacibdir".

Millət vəkili Bəxtiyar Əliyev isə çıxışında qeyd edib ki, o, hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində doğulub böyüyüb. Deputat işğalla bağlı ağrıları özünün də yaşadığını, ancaq buna baxmayaraq, Azərbaycan vətəndaşlarının aqressiyaya qarşı olduğunu deyib: "Biz bölgəmizdə sülh olmasını istəyirik".
Millət vəkili Xocalı soyqırımı barədə də danışıb və təəssüflə qeyd edib ki, bu soyqırımı törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı alıblar, əksinə Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar: "Biz dünyanın hər bir sülhsevər insanından Xocalıya ədalətin bərpa olunmasında bizə dəstək gözləyirik".

Millət vəkili, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli hər iki ölkənin həm dövlət rəsmiləri, həm də parlamentləri səviyyəsində qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib. A.Kərimli İtaliya Senatında Dağlıq Qarabağ problemi ilə bağlı dinləmələr keçirildiyini də xatırladıb.
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı isə azərbaycanlı girovların danışıqları əsasında şirkətin dəstəyi ilə hazırlanmış "Cəhənnəmdə böyük çığırtı" kitabı barədə məlumat verib.

V. Mahirqızı qeyd edib ki, bu kitabda diqqət yetirilməli olan əsas məqam burda dramı yazılanların hamısının mülki şəxslər olmasıdır: "Biz bu kitabı hazırlamaqla təkcə ermənilərin azərbaycanlılara qarşı necə aqressiv davrandıqlarını göstərmək istəməmişik. Biz həm də o suala cavab axtarmışıq ki, XX əsrin insanı öz həmcinsinə qarşı necə bu qədər aqressiv, nifrətlə yüklənmiş ola bilər? Onu hansı cəmiyyət, hansı təhsil sistemi, hansı ailə mühiti belə yetişdirib? Biz bu aqressiyanın bütün cəmiyyətlər üçün təhlükə olduğuna diqqət çəkmək istəmişik və hər kəsi bu dramlarla tanış olub, təkcə bizim faciəmizlə deyil, həm də erməni cəmiyyətinin deqradasiyası ilə tanış olmağa dəvət edirik".

Milan İncəsənət Akademiyasının müəllimi, rejissor və operator Françesko Fei Azərbaycanda olduğunu deyib və tədbirə toplaşan həmyerlilərinə çağırış edib: "Azərbaycan tolerantlığın, dini və irqi dözümlülüyün simvoludur. Mən Bakıda oldum, bura bir müsəlman ölkəsinin paytaxtı idi. Orda İslam var, amma bu, azad İslamdı. Orda adamlar azad düşünür, bu cəmiyyət çox tolerantdır və başqa millətlərə, xalqlara qarşı dözümlü, hətta sevgi dolu bir münasibət var. Belə bir cəmiyyətdə yetişən insanların başına bu cür faciələr gəlməsi çox kədərlidir. Mən hər kəsi Azərbaycan barədə daha çox öyrənməyə dəvət edirəm".

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü veriləcək
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya "O Kanal" kanalının Ağdamdan REPROTAJI
2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)
Xarici jurnalistlər 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirildiyi kənddə olublar
Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir
Türkiyədə martın 2-dən məktəblər açılır
Məşğul şəxslər barədə məlumatların reyestrə daxil edilməsi tələbləri dəyişib
Zərdabda qadın evdən külli miqdarda pul oğurladı
Lənkəranda heroin daşıyan avtomobil yaxalandı
Bazar günü 16 dərəcəyədək isti olacaq
Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb (FOTO)
Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO)
Ağsu sakinindən odlu silah götürülüb
Fransada Qarabağ həqiqətlərini əks etdirən qətnamələrin qəbulu üzrə təklif hazırlanır - Fransalı deputatın "Lagazetteaz.fr" qəzetinə müsahibəsi
Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
Prezidentin mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu - Deputat
Bakı metrosu ötən ilin 202 günü bağlı qalıb
Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır
Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib - Deputat
Bakı və Abşeronda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri - SİYAHI
Qubadlı rayonunun Əfəndilər kəndi (FOTO/VİDEO)
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq - Sahil Babayev
Azərbaycan nefti ucuzlaşıb
Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)
Çexiyada koronavirusa görə hərəkət 3 həftəlik məhdudlaşdırılır
Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır - Nazirlik
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri həbs edilib (FOTO)
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir - ÜNVANLAR
Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq
Gəncədə yük avtomobili yanıb
Qərbi Azərbaycandakı 8000 abidəmizin çoxunu ermənilər dağıdıb (FOTOFAKT)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Bakıda avtomobil təmiri sexi yanıb
ABŞ-da Xocalı qətliamının xatirəsinə həsr olunmuş panel müzakirəsi keçirilib (FOTO)
İsveçrə sakini lotereyada 210 milyon avro qazandı
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
Azərbaycan səfirliyinin məlumatı ABŞ mətbuatında geniş yayılıb
Tereza Mey koronavirusa qarşı peyvənd olundu
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər davam edir
İsraildə koronavirusa yoluxanların sayı 770 min nəfərə çatır
Azərbaycan mətbəxi ABŞ mediasının diqqət mərkəzində (FOTO)
Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb - ÜST
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan rəsm sərgisi keçirilib (FOTO)
Argentinanın səhiyyə naziri koronavirusa yoluxub
Kanadada koronavirusa qarşı "AstraZeneca" peyvəndinin istifadəsinə icazə verilib
ABŞ Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq edib
Britaniyada daha 8 523 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
Prezident İlham Əliyev: Ermənistana “İsgəndər” raketləri veriləndə mən demişdim ki, bu, düzgün addım deyil
Prezident İlham Əliyev: 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir
Prezident İlham Əliyev: Zəngilan rayonunun üç kəndində “ağıllı kənd” layihəsi həyata keçiriləcək
Strasburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbirlər keçirilib (FOTO)
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
Bütün xəbərlər