...

Uorlik Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və erməni icmaları ilə müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2015 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyuston şəhərində ABŞ-ın Azərbaycan və erməni icmalarının nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

O, qeyd edib: "Birləşmiş Ştatların Azərbaycan və erməni icmalarının nümayəndələri ilə görüşmək üçün Hyustona yola düşürəm. Bizə Dağlıq Qarabağ münaqişəsi üzrə səmimi müzakirələr lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti