...

Ermənilərin işğal olunmuş ərazilərimizdə yanğın törətməsinə rəsmi münasibət gəldi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2015 16:12 (UTC +04:00)
Son vaxtlar ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar törətsə də, yanğınların heç birinin azərbaycanlıların hazırda yaşadığı ərazilərə keçməsinə imkan verilməyib və bunun qarşısı vaxtında alınıb.
Ermənilərin işğal olunmuş ərazilərimizdə yanğın törətməsinə rəsmi münasibət gəldi

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Son vaxtlar ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar törətsə də, yanğınların heç birinin azərbaycanlıların hazırda yaşadığı ərazilərə keçməsinə imkan verilməyib və bunun qarşısı vaxtında alınıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, Tərtər rayonu ərazisində ermənilər tərəfindən yanğınların törədilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Nazirlik rəsmisi qeyd edib ki, son bir həftə ərzində Tərtər rayonu ərazisində heç bir yanğın hadisəsi baş verməyib: "Yalnız rayonun Qapanlı kəndinə yaxın sahədə - ermənilər tərəfindən işğal olunmuş ərazidə yanğın olub. Onun da qarşısı alınıb. Yanğın biz tərəfə, yəni azərbaycanlıların hazırda yaşadığı ərazilərə keçməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti