...

Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Aprel 2016 18:54 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib.
Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Trend TASS-a istinadən məlumat verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüşdə Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Sergey Narışkin, Kreml administrasiyasının rəhbəri Sergey İvanov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, FTX-bib direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov iştirak ediblər.

D.Peskov deyib: "Müşavirədə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması mövzusu bu günlərdə Rusiya tərəfindən göstərilən səylər kontekstində müzakirə olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti