...

MN: Tərtər atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2016 00:42 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutublar.
MN: Tərtər atəşə tutulub

Bakı. Trend:

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutublar.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

"Təxminən 23:30-dan etibarən erməni qoşunları Tərtər şəhərini və ətraf kəndləri atəşə tutub", deyə Dərgahlı bildirib.

Onun sözlərinə görə, ermənilər Tərtər şəhərini "Qrad" qurğuları, D-30 tipli haubitsalar və minaatanlardan istifadə etməklə atəşə tutur.

O həmçinin qeyd edib ki, ermənilər dinc əhalini atəşə tutur, Azərbaycan ordusu isə düşmənin qoşun hissələrinə zərbələr vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti