...

Tərtərdə 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2016 01:04 (UTC +04:00)
Tərtər rayonunda 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub.
Tərtərdə 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub (FOTO)

Bakı. Trend:

Tərtər rayonunda 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsində 9 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik Top mərmisi aşkar olunub (OF56) və nəticə etibarı ilə 9 000 kv.m. ərazi yoxlanılıb.

Əskipara kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik Top mərmisi (OF56) aşkar edilib və nəticə etibarı ilə 5 700 kv.m ərazi yoxlanılıb.

Səhləbad kəndi - 1 ev və həyatyanı sahəyə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Hacılar kəndi - 2 ev və həyətyanı sahə və 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat (PHS) aşkar olunmayıb və nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd raketin partlamış qalıqları aşkar edilib və nəticə etibarı ilə 621 kv. m ərazi yoxlanılıb.

22 May tarixində 7 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 2 otlaq sahəsində 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd 122 mm-lik top mərmisi və gün ərzində 32 321 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 22 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 509 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 451 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Xəbər lenti

Xəbər lenti