Bakı. Trend:
ANAMA cəbhə xəttinə yaxın evlərdə və partlayış yerlərində minatəmizləmə əməliyyatlarını davam etdirir. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Ağcabədi rayonu
Arazbar kəndi – Qar-Qar çayın sahilindən 1 ədəd partlamamış piyada əleyhinə mina (OZM-72) aşkar olunub, minanın daşınması təhlükəli olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirilib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: Qar-Qar çayının sahilində 1 təhlükəli əraziyə baxış keçirilmiş, 1 ədəd partlamamış markalı piyada əleyhinə mina (OZM-72) aşkarlanmış, minanın daşınması mümkün olmadığı üçün partlayış yolu ilə yerində zərərsizləşdirilib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.
Ağdam rayonu
Mahrızlı kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrilib, 1 ədəd partlamış hərbi sursatın (9M22U raketi – Qrad ) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb.
Əhmədağalı kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, top mərmisinin partlamış qalıqları aşkar olunub, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.
Cəmi: 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamış hərbi sursatın (9M22U raketi – Qrad və top mərmisi) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarı ilə 3 500 kv. m ərazi yoxlanılıb.
Bərdə rayonu
Kələntərli kəndi – Qaz zavodunun yaxınlığındakı yarımtikili əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar olunub, daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınmış, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.
Cəmi: 1 yarımtikilidə 1 təhlükəli yerə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.
27 İyun tarixində 2 əkin sahəsinə, çay sahilinə və yarımtikiliyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) və 1 ədəd OZM-72 markalı piyada əleyhinə mina aşkar olunub. Top mərmisinin daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınmış, piyada əleyhinə minanın daşınması təhlükəli olduğuna görə yerində zərərsizləşdirilib. Gün ərzində 5 500 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 27 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 552 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.