...

Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2017 12:02 (UTC +04:00)
Milli Məclisin sədr müavini Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bahar Muradova: Sergey Lavrov bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Məclisin sədr müavini Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, B.Muradova jurnalistlərə deyib ki, Azərbaycanın xarici işlər naziri bu məsələ ilə bağlı mövqeyini tam şəkildə ifadə etdi:

“Mən o mövqeyi tam şəkildə bölüşürəm. Biz Dağlıq Qarabağ məsələsinin həlli üçün kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.

Vitse-spiker qeyd edib ki, Azərbaycanla dost və strateji tərəfdaş ölkə olan Rusiyanın bu məsələyə ciddi təsir etmək imkanları var:

“Rusiyanın xarici işlər naziri bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi. Düşünürəm ki, Elmar Məmmədyarov öz açıqlamasında bunu müəyyən qədər cavablandırıb”.

Qeyd edək ki, S.Lavrov Dağlıq Qarabağ münaqişəsini həll etməyin Azərbaycanın daxili işi olmadığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti